MİRZƏ SAKİT AKSİYALARA BAŞLAYACAĞINI BİLDİRİB

14 saylı Cəzaçəkmə müəssəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova dekabrın 15-də jurnalistə baş çəkib.


     Bunu RATİ-yə R.Zahidova bildirib. Onun sözlərinə görə, 8 günlük aclıq aksiyası M.Sakitin səhhətinə pis təsir edib. Hal-hazırda M.Sakit 14 saylı CÇM-nin tibb məntəqəsinə yerləşdirilib. Bununla yanaşı, Sakit həyat yoldaşına bildirib ki, mətbuata və jurnalistlərə qarşı təzyiqlərə son qoyulmasa, yenidən aclıq edəcək. Jurnalist onu da vurğulayıb ki,  “qardaşım Qənimət Zahidov  azadlığa buraxılmasa başqa növ aksiyalara əl atacağam”. Lakin o aksiyaların nədən ibarət olduğunu açıqlamayıb.

      R.Zahidova RATİ-nin əməkdaşı ilə söhbətində onu da əlavə edib ki, Beynəlxalq Amnistiya təşkilatının xətti ilə keçirilən kampaniya çərçivəsində müxtəlif ölkələrdən M.Sakitə 700-ə yaxın dəstək məktubu gəlib. Zahidova Beynəlxalq Amnistiya təşkilatına və məktub yazan hər bir şəxsə öz minnətdarlığını bildirib.     

Previous Post

ƏVƏZ ZEYNALLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

ELMAR HÜSEYNOV FONDU MÜKAFATLARI TƏQDİM ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.