İCTİMAİ KOMİTƏ QƏNİMƏT ZAHİDOVLA BAĞLI VƏSATƏT VERƏCƏK

Hüquq müdafiəçiləri 15 dekabr 2007-ci il tarixdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidova baş çəkiblər.

Bu barədə məlumatı RATİ-yə Ədliyyə Naziri yanında İctimai Komitənin koordinatoru Sahib Məmmədov verib. Onun sözlərinə görə, baş redaktorun səhhəti normaldır. “Baş redaktor öz həbsindən narahatdır və məhkəmənin həbs qət-imkan tədbiri qərarı ilə razılaşmır”. Sahib Məmmədovla birlikdə Novella Cəfəroğlu və Səadət Bənənyarlı da baş redaktorun yanında olub.

Sahib Məmmədov əlavə edib ki, bu məsələ ilə bağlı İctimai Komitə də çox narahatdır və İctimai Komitənin adından Zahidovun təqsirsizliyi ilə bağlı vəsatət veriləcək .   

Previous Post

ELMAR HÜSEYNOV FONDU MÜKAFATLARI TƏQDİM ETDİ

Next Post

SƏFİRLİK RƏSMİSİ AÇIQLAMA VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.