ELMİN BƏDƏLOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (2 iyul) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Hakim C.Səfiyeva Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarının qüvvədə saxlanıldığını bildirərək, şikayətin  təmin edilmədiyini bildirib.

 

E. Bədəlovun vəkili F. Namazlı RATİ-yə hakimin bu qərarından kassasiya şikayəti verəcəklərini bildirib.

 

Xatırladaq ki, hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.

 

Previous Post

RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI TƏMİN EDİLDİ

Next Post

XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLMUŞ MÜSAHİBƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.