AZƏRBAYCAN HAVA LİMANININ ƏMƏKDAŞLARI NORVEÇLİ JURNALİSTİN ÇƏKİLİŞLƏRİNİ SİLİBLƏR

Dünən (6 may) Norveçli jurnalist Erlinq Borgen və onun operatoru Daq İnge Dahl səhər saat 5-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti tərəfindən saxlanılıb.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Erlinq Borgenin özü məlumat verib. O bildirib ki, kobud davranan təhlükəsizlik heyəti ondan zorla kamerasını almaq və qəsdən qırmaq istəyiblər. Həmçinin heç bir əsas olmadan jurnalistin əl çantasını özü ilə təyyarəyə keçirməyə icazə verməyərək, onu jurnalistin razılığı olmadan yük yerinə (baqaj) qoyublar. Jurnalist Osloda yük yerindən çantasını götürdükdə, 6 gün Azərbaycanda apardığı çəkilişlər olan disklərin və digər informasiya daşıyıcılarının çantadan yoxa çıxdığını görüb. Jurnalist qeyd edib ki,  Eynulla Fətullayev haqqında Strasburq məhkəməsinin qərarının mətni də çantasından yoxa çıxıb. O vurğulayıb ki, apardığı çəkilişin surətləri Oslo şəhərində var və Eynulla Fətullayev haqqında olan “Azərbaycanda məhbus“ adlı sənədli filmin montajı tezliklə başlayacaq .

Məsələ  ilə əlaqədar AZAL Dövlət Konserninin mövqeyini öyrənmək mümkün olmadı.

Qeyd edək ki, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova və Azərbaycanda söz azadlığına həsr edilmiş “Statoylun kölgəsində” filminin müəllifi olan Borgen hazırda “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə həsr edilmiş film üzərində çalışır.

Previous Post

“SƏRHƏDSİZ REPORTYORLAR” HAKİMİYYƏTİN İNTERNETƏ NƏZARƏT ETMƏK CƏHDİNDƏN NARAHATDIR

Next Post

FƏTULLAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.