SEMNEBI ÜMİDLƏ BAKINI TƏRK ETDİ

Dünən (03 iyun) Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirdib.

İyunun 2-dən Bakıda olan xüsusi nümayəndə ölkə rəsmiləri, müxalifət liderləri, QHT təmsilçiləri ilə də görüşüb.  Semnebinin keçirdiyi görüşlər zamanı seçkiöncəsi vəziyyət və medianın durumu ilə bağlı məsələlər müzakirə edilib.
           Jurnalistlərin həbs olunmuş jurnalistlərlə bağlı verdiyi sualı cavablandıran Semnebi bu məsələnin daim diqqətdə saxlanıldığını qeyd edib: «Jurnalistlərin həbsi bizi çox narahat edir. Məsələ daim diqqətimizdə olacaq və bu istiqamətdə dialoqlarımizı da davam etdirəcəyik. Ümid edirik ki, hakimiyyətlə danışıqların yekununda konkret nəticələr olacaq»

 

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,56/

Video: http://www.youtube.com/watch?v=hY-edv9uEtk

Previous Post

SEÇKİ MƏCƏLLƏSİNƏ EDİLƏN DƏYİŞİKLİKLƏRLƏ NAMİZƏDLƏRİN TƏBLİĞAT İMKANLARI MƏHDUDLAŞDIRILIB

Next Post

ENN DERSİ JURNALİSTLƏRİN DOSTU ELAN OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.