
O, bildirib ki, SGHM 2000-ci ildə yaradılsa da, Ədliyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, 7 il ərzində dövlət qeydiyyatına alınmayıb. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini deyən E. Məmməd iddianın qismən təmin edildiyini qeyd edib: ” 2008-ci il fevral ayının 2-də Yasamal Rayon Məhkəməsi birliyin dövlət qeydiyyatına alınması ilə bağlı qərar çıxartsa da vəzifəli şəxsin hərəkətsizliyi və 20000 AZN məbləğində təzminat ödənilməsi barədə olan iddianı təmin etməyib”.
Yuxarı instansiya məhkəmələri qərarı qüvvədə saxladığı üçün Avropa Məhkəməsinə müraciət edilib. E.Məmməd əlavə etdi ki, şikayətin icraata götürüldüyü ilə bağlı məhkəmədən rəsmi məktub alıblar.