“EUROVİSİON MƏHBUSU”- MEHMAN HÜSEYNOV

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun saxlanması tamamilə əsassızdır, onun əməllərində cinayət tərkibi yoxdur və o, çevik polis alayının əməkdaşına hər-hansı fiziki təsir göstərməyib.

Bu barədə Media Mərkəzdə keçirilən bugünki mətbuat konfransında RATİ rəhbəri Emin Hüseynov bildirib.
    Bununla belə, Səbail polisi onu istintaqdan yayına biləcəyi iddiası ilə həbs edib. “Lakin Mehman polisə çağırıldığı zaman xaricdə idi və istəsəydi qayıtmaya bilərdi. O, təyin edilən vaxtda Bakıda idi və polisə gedib”, deyə onun vəkili Elçin Sadıqov bildirib. Bu halda həbs qətimkan tədbiri qanunsuzdur, belə ki, onun ittiham olunduğu CM-in 221.1 maddəsi (xuliqanlıq) həbsdən çəkinməyə imkan verir.
    Bütün çıxış edənlərin ortaq fikri Mehman Hüseynovun “Eurovision məhbusu” olmasına söykənir. Hakimiyyət “Eurovision” günlərində Azərbaycandakı problemlər və hüquq pozuntuları haqqında faktları açıqlayanların, “Demokratiya naminə oxu” kampaniyasında iştirak edənlərin təqibinə başlayıb.
    “Mehman mühakimə olunsa, beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyacaq”, publisist Şahvələd Çobanoğlu belə hesab edir.
    “Mehman Hüseynov Eurovision günlərində fotoları vasitəsilə dünyaya hakim ailənin yaratdığı problemlərindən bəhs edirdi. Bu, ailənin biznesi olan “Eurovision”a da aiddir”,- deyə “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova bildirib. Onun sözlərinə görə, Mehmanın həbsi jurnalistlərə təzyiq nümunəsidir.
    “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin əməllərinin proqnozlaşdırılan və gözlənilən olduğunu qeyd edib. O, hakimiyyətin “Eurovision” ərəfəsindəki hadisələrə reaksiyasını “bir qədər gecikmiş” adlandırıb. Eyni zamanda, “Mehmanın işində bizi uğur gözlədiyindən” əminliyini ifadə edib və bu məsələdə hamını səfərbər olmağa çağırıb.
    “Real” hərəkatının rəhbəri İlqar Məmmədov ictimaiyyəti vətəndaş itaətsizliyinə çağırıb. “Repressiyalar çoxdan siyasi ailənin tərkib hissəsinə çevrilib”, deyə o bildirib. Mehman Hüseynov azad edilməsə, kütləvi itaətsizlik aksiyalarına əl atmaq lazımdır.
    Media sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, jurnalistlərin hüquqlarının pozulması faktları araşdırılmır. Polisə gəlincə, o, vətəndaşları təhqir etmək və onların hüquqlarını pozmaq haqqı yoxdur, Heç bir halda jurnalistin kamerasını əlindən ala, sındıra bilməz.
    “Azadlıq” qəzetinin publisisti Xalid Bahadır deyib ki, bildirib ki, İlham Əliyev andiçmə mərasimində verdiyi vədləri unudub. O, jurnalistlərlə mübarizə aparan kriminal rejim yaradıb.
    Sonda Emin Hüseynov bu məsələdə sonuna qədər gedəcəklərini deyib. “Mehmanın həbsi hakimiyyətin qorxutma metodudursa, bu, RATİ-nin gələcək fəaliyyətinə təsir etməyəcək. Biz qanuna uyğun şəkildə mübarizə aparacağıq”, deyə o bildirib.

Previous Post

TAĞI ƏHMƏDOVUN İDDİASI İLƏ “AZADLIQ” QƏZETİ 30 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNDİ

Next Post

RATİ MEHMAN HÜSEYNOVUN TUTULMASINI PİSLƏYİR, YERLİ VƏ BEYNƏLXALQ QURUMLARI TƏCİLİ TƏDBİR GÖRMƏYƏ ÇAĞ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.