SİYASİ MƏHBUSLARLA BAĞLI TƏDBİR KEÇİLİB

Bu gün (28 oktyabr) Bakı Jurnalistika Məktəbində siyasi məhbuslarla bağlı tədbir keçirilib.

Helsinki Vətəndaş Assambleyasının Bakı ofisinin rəhbəri Arzu Abdullayeva bu tədbirin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdəki baş redaktoru Eynulla Fətullayevin təşəbbüsü ilə keçirildiyini bildirdi. Qeyd edək ki, E.Fətullayev 30 oktyabr Siyasi Məhbuslar Günü münasibətilə “Siyasi Məhbuslar həftəsi” keçirməyi təklif etmişdi. A.Abdullayeva E.Fətullayevin həbsxanadan Avropa Şurasının baş katibinə göndərdiyi simvolik hədiyyəni tədbir iştirakçılarına nümayiş etdirdi.

      Daha sonra çıxış edən jurnalist Şahvələd Çobanoğlu isə  bildirdi ki, Avropa Şurasının Baş Katibi Torbörn Yaqland və  Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserə müraciət hazırlanıb. O qeyd etdi ki, müraciət noyabrın 1-nə qədər açıqdır, bunu istənilən siyasi məhbus və onun ailəsi imzalaya bilər.

      Eynulla Fətullayevin atası Emin Fətullayev isə millət vəkilləri Səməd Seyidov və Gültəkin Hacıyevanın Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı çıxışlarına münasibət bildirdi. O dedi ki, Azərbaycan hakimiyyəti siyasi məhbusların azadlığa çıxmasını əngəlləmək üçün hər cür vasitələrdən istifadə edir. O, həmçinin Azərbaycandakı bəzi xarici ölkə səfirliklərini də siyasi məhbus məsələsinə biganəlikdə qınadı.

      Vəkil İsaxan Aşurov isə siyasi məhbuslar içərisində təcili buraxılmalı şəxslər olduğunu bildirdi. O, hazırda Ədliyyə Nazirliyinin tibb müəssisəsində müalicə olunan “Bizim yol” qəzetinin müxbiri  Müşfiq Hüseynovla bağlı dövlət orqanları qarşısında məsələ qaldırmalarını hüquq müdafiəçilərindən xahiş etdi.

      Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,349/lang,az/

Previous Post

“TƏZADLAR” QƏZETİ “QARA SİYAHI”YA SALINDI

Next Post

AZƏRBAYCANDA SÖZ AZADLIĞI SAHƏSİNDƏ GERİLƏMƏ MÜŞAHİDƏ OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.