İCRA BAŞÇISI VƏ VƏTƏNDAŞ QARŞILIQLI İDDİALARLA MƏHKƏMƏYƏ MÜRACİƏT EDİBLƏR

Ucar rayon icra başçısı Arzu Qafurov Ucar rayon sakini Məmməd Hüseynovu məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna M.Hüseynov özü məlumat verib.
O, bildirib ki, iddiaya  “Xural” qəzetinə göndərdiyi “Ucarın Somali Quldurları” adlı məqalə və icra başçısının əməlləri ilə bağlı bir sıra dövlət qurumlarına göndərdiyi şikayət ərizələri səbəb olub. “Məqaləni və ərizələri şərəf  və ləyaqətinin təhqir edilməsi və işgüzar nüfuzuna zərbə vurulması kimi qiymətləndirən icra başçısı A.Qafurov  məhkəməyə müraciət edib. O, iddiasında dövlət qurumlarına göndərdiyim şikayət məktublarının yalan hesab olunmasını və “Xural” qəzetində mənim imzamla dərc olunan məqaləyə təkzib verilməsi və üzr istənilməsini məhkəmədən xahiş edib” – deyən M.Hüseynov vurğuladı ki, iddiaya səbəb olmuş məqalədə Ucar rayon icra başçısı A.Qafurovun rüşvətxorluğundan və qeyri-insani əməllərindən bəhs edib.
M.Hüseynov RATİ-yə onu da bildirib ki, 3 il ərzində ona qarşı olan qeyri-etik əməllərinə görə, qarşılıqlı iddia ilə icra başçısı A.Qafurovu məhkəməyə verib və səhhətinə dəyən zərərlə bağlı maddi təzminat olaraq 20 min manat ödəməsini istəyib.
Məsələ ilə əlaqədar olaraq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə əlaqə saxladıq. Ə.Zeynallı bildirdi ki, Ucar rayon sakini M.Hüseynov redaksiyaya Ucar rayon icra başçısı A.Qafurovla ilə bağlı tənqidi yazı göndərib və məqalə “Baş redaktorun poçtundan” rubrikası altında dərc olunub.
Məsələ ilə əlaqədar münasibət öyrənmək üçün Ucar rayon icra hakimiyyətinə dəfələrlə zəng etsək də, teleaonlara cavab verən olmadı.
Qeyd edək ki, 19 may saat 10:00-da Ucar rayon məhkəməsində hakim Çingiz İsgəndərovun sədrliyi ilə Ucar rayon icra başçısı A.Qafurovala həmin rayon sakini  M.Hüseynovun qarşılıqlı iddiaları əsasında hazırlıq iclası keçiriləcək.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.