HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Bu gün(12 may) Xətai rayon məhkəməsində hakim Bəhram Şükürovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda iddiaçı T.Novruzov və vəkili Əzizağa Əliyev, cavabdeh qismində isə Sərdar Əlibəyli (Əliyev), Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu (Allahverdiyev) iştirak edirdilər.
Hakim B.Şükürov tərəflərə barışıq təklif etdi. Iddiaçı T.Novruzov bildirdi ki, S.Əlibəyli qəzetində təkzib dərc etsə və məndən üzr istəsə, barışmağa hazıram. Cavabdeh S.Əlibəyli isə T.Novruzovun istədiyi  təkzibi “Nota” qəzetin növbəti sayında dərc edəcəyini bildirdi. Hakim növbəti məhkəmə prosesini 18 may saat 15.00-a təyin etdi.
Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai  Rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzürxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmışdır.
Previous Post

İCRA BAŞÇISI VƏ VƏTƏNDAŞ QARŞILIQLI İDDİALARLA MƏHKƏMƏYƏ MÜRACİƏT EDİBLƏR

Next Post

BAŞ REDAKTORUN MƏHKƏMƏ HAZIRLIQ İCLASI YENİDƏN TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.