İCRA HAKİMİYYƏTİ MÜSAVAT PARTİYASINA PİKET KEÇİRMƏYƏ iCAZƏ VERMƏDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) aprelin 23-ə İctimai Televiziyanın binası qarşısına Müsavat Partiyası tərəfindən təyin edilən piketin keçirilməsinə icazə vermədi.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdi. Onun sözlərinə görə, İcra Hakimiyyətdən Müsavata daxil olmuş cavabda piketin keçirilməsini məqsədəuyğun saymadıqlarını və məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət etmələrini bildirilib. A. Hacılı həmçinin bu dəfə icazəsiz aksiya keçirməyəcəklərini, lakin yaxın gələcəkdə yenidən icazə verilmədiyi təqdirdə keçirəcəklərini söylədi.
A. Hacılı əlavə etdi ki, müxalifətin bəzi nümayəndələri İTV-nin verilişlərinə dəvət olunsalar da, bu vaxt onları qane etmir.
Məsələ ilə əlaqədar BŞİH və İTV-yə gün ərzində zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı.

Previous Post

EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ SABAH KEÇİRİLƏCƏK

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN İNTERNET SAYTINA MÜDAXİLƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.