İCRA BAŞÇISININ SÜRÜCÜSÜ QƏZETİ MƏHKƏMƏYƏ VERİB

Bu gün (03 fevral) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevin sürücüsü Kamil Axundovun “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətinin müdafiəsi və dəymiş zərərin ödənilməsi (148-ci maddə) tələbi ilə qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bu barədə RATİ-yə “Gündəlik Bakı” qəzetinin baş redaktorunun birinci müavini Üzeyir Cəfərov məlumat verdi.

   Qeyd edək ki, “Gündəlik Bakı” qəzetində “Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sraıyev Ağdamda at oynadır?” başlıqlı məqalə dərc olunmuşdu. Bu yazıda Həsən Sarıyevin sürücüsü Kamil Axundovun da adı hallanıb. Bu səbəbdən o qəzetə qarşı iddia qaldırıb.

   “Gündəlik Bakı” qəzetinin vəkili vəsatət qaldıraraq Kamil Axundovun yazıdakı materiallara heç bir aidiyyatının olmadığını və bu səbəbdən işin icraata götürülməməyini xahiş etdi”, –  deyə qeyd edən Ü. Cəfərovun sözlərinə görə, iddiaçı  K. Axundovun prosesdə iştirak etmədiyinə görə hakim iclası qeyri-müəyyən vaxta təxirə salıb.

Previous Post

İLHAM ƏLİYEV XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

“JURNALİST İSTƏMİRSƏ Kİ, ONU HƏDƏLƏSİNLƏR, VƏTƏNDAŞIN HEYSİYYATINA TOXUNMASIN, ƏSƏBLƏRİ İLƏ OYNAMASIN”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.