“JURNALİST İSTƏMİRSƏ Kİ, ONU HƏDƏLƏSİNLƏR, VƏTƏNDAŞIN HEYSİYYATINA TOXUNMASIN, ƏSƏBLƏRİ İLƏ OYNAMASIN”

“Jurnalist istəmirsə ki, onu hədələsinlər, vətəndaşın heysiyyatına toxunmasın, əsəbləri ilə oynamasın. Çünki bu halda vətəndaşın telefonla hədə-qorxu gəlməkdən başqa yolu qalmır”. Bu sözləri Daxili İşlər Nazirliyi (DİN)  mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Azadlıq” radiosuna deyib.

Qeyd edək ki, RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125-ci illiyi münasibətilə "Ümid" Partiyasının Naxçıvan şöbəsinin qarşısında keçirdikləri toplantı zamanı döyülüb. Yanvarın 29-da isə özünü Malik Əliyev kimi təqdim edən şəxs “Azadlıq” radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibovaya və RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasova zəng edərək jurnalistləri ölümlə hədələyib.
 
     Elman Abbasovun dediyinə görə, o, güc strukturlarına müraciət etsə də, hələ heç bir cavab verilməyib. “Azadlıq” radiosu isə Naxçıvandakı müxbir Məlahət Nəsibovanın təhlükəsizliyini təmin etmək üçün daxili işlər naziri  Ramil Usubova məktub göndərib. Nazirliyin dəftərxanasından bildiriblər ki, məktubu alıblar. Ehsan Zahidov  da müraciətə baxılacağını deyib: ”Harada görünüb ki, müxbirin böyründə 3-4 əli silahlı polis hərlənsin? Vətəndaşın əsəbləri ilə oynayırsınız, o, da götürüb zəng eləyir. Siz müraciət eləmisiniz, baxılıb, araşdırma aparılır”.
Previous Post

İCRA BAŞÇISININ SÜRÜCÜSÜ QƏZETİ MƏHKƏMƏYƏ VERİB

Next Post

ZAMİN HACININ VƏKİLİNİN PROKURORLUQ QARŞISINDA QALDIRDIĞI VƏSATƏT QƏBUL OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.