Jurnalistin məhkəməsində rəy vermiş ekspert dindirilib

Nicat (5)
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib.
Prosesdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı və ekspert qismində rəy vermiş Nahid Məmmədov ifadə verib. Sonra o müdafiə vəkillərinin suallarını cavablandırıb. Bu zaman müdafiə vəkilləri onun ifadə verməyə hazır olmadığı qənaətinə gəldikləri barədə məhkəməyə bildiriblər və  müdafiə vəkillərindən Yalçın İmanovla şahid arasında fikir münaqişəsi yaranıb. Hakim Z. Ağayev vəkilə  xəbərdarlıq edərək, onun barəsində cinayət işinin qaldırılması ilə bağlı təqdimat vermək qərarı qəbul etdiyini bildirib . Vəkillərin etirazına baxmayaraq, hakim Z. Ağayev ekspertin ifadəsini bitmiş hesab edərək, prosesi yekunlaşdırıb və növbəti prosesi 12 sentyabr saat 10:30-a təyin edib.
Xatırladaq ki, 2012-ci may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

 

Previous Post

Bloggerin mühakiməsi başlayıb

Next Post

Əvəz Zeynallının kassasiya şikayəti təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.