ƏVƏZ ZEYNALLININ TƏRCÜMƏ ETDİYİ “MƏNİM SAVAŞIM” KİTABINA EKSPERTİZA RƏYİ VERİLİB

Adolf Hitlerin “Mənim savaşım” (Mein kampf) kitabı ilə bağı Ədliyyə Nazirliyinin kompleks ekspertiza rəyi artıq Nərimanov rayon məhkəməsinə göndərilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

“Bu kitaba iki dəfə ziddiyyətli ekspertiza rəyi verildiyi üçün, 2008-ci il dekabrın əvvəlində "Mənim Savaşım" kitabının təkrar Ədliyyə Nazirliyinin ekspertizasına göndərilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmışdıq” – deyən Ə.Zeynallı vurğuladı ki, ekspertizanın rəyi nəticəsi 22 iyun saat 15.00-da Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçiriləcək prosesdə açıqlanacaq. 
     Xatırladaq ki, Adolf Hitlerin "Mənim Savaşım" kitabının tərcüməsinə görə Ə.Zeynalliya  qarşı 2004-cü ilin dekabr ayında MTN-də Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında isə kitab ikinci dəfə çap olunan zaman cinayət işi Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək yenidən MTN-in İstintaq İdarəsinə göndərilmiş və həmin ilin oktyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi. 
Previous Post

SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Next Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.