PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (18 iyun) Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.

   Prosesdə iddiaçı Pərviz Əzimov, iddiaçının səlahiyyətli nümayəndəsi Yaşar Ağazadə, cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə Ruslan Həmidov iştirak edirdi.
 Hakim A.Səmədov ötən iclasda tərəflərə edilən barışıq təklifinin nəticəsi ilə maraqlandı. İddiaçı P.Əzimov bildirdi ki, universitetə bərpa olunmaqla bağlı dəfələrlə LDU rektoru ilə görüşə cəhd göstərsələr də, mümkün olmayıb. “Cavabdehin nümayəndəsi R.Həmidov isə mənə bildirdi ki, “Cənub Xəbərləri” qəzetində yazılan məqaləyə təkzib versəm, universitetə bərpa oluna bilərəm” – deyə, P.Əzimov məhkəməyə bildirib.
 Cavabdehin nümayəndəsi R.Həmidov isə iddia ilə bağlı hakimə yazılı etiraz təqdim edib. Etirazda P.Əzimovun universitetdə tələbə ilə insident yaratdığı və bununla da daxili nizam-intizam qaydalarını pozması ilə əlaqədar LDU-dan xaric edilib. Ancaq yazılı etirazda həmçinin “Pərviz Əzimov yazdığı yazılara görə cəzasız qalacağını düşünürdü” cümləsi də yer alıb.
   Hakim növbəti prosesi 22 iyun, saat 10.00-a təyin etdi.
  Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.
Previous Post

ƏVƏZ ZEYNALLININ TƏRCÜMƏ ETDİYİ “MƏNİM SAVAŞIM” KİTABINA EKSPERTİZA RƏYİ VERİLİB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FORUM KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.