AZTV-YƏ BÜDCƏDƏN ƏLAVƏ VƏSAİT AYRILDIĞI BİLDİRİLİR

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə  (AZTV) 2010-cu ildə dövlət büdcəsindən ayrılmış vəsaitin artırılması barədə “Azadlıq” qəzetinin bugünkü (4 fevral) sayında dərc olunmuş məqalədə məlumat yer alıb.

“AZTV-nin haqqı” başlıqlı məqalədə 2010-cu ilin büdcəsi üçün nəzərdə tutulmuş 30 milyon manat vəsaitin, artırılaraq 41 milyona qaldırılması və bu artıma səbəb kimi AZTV-nin əməkdaşlarının böyük hissəsinə əməkhaqqı verə bilməməsi göstərilmişdir.
Məsələ ilə bağlı AZTV – ilə əlaqə saxlasaq da, mətbuat xidmətinin  rəhbəri Xatirə Qasımova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) şərh verməkdən imtina edib. RATİ məsələ ilə bağlı AZTV-yə yazılı sorğu vasitəsilə də müraciət edib.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

VALİDEYNLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞƏ BİLMİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.