REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovun bu gün (03 fevral) 1 il 6 ay müddətinə  islah işlərinə məhkum edilməsi barədə çıxarılmış məhkəmə qərarını qətiyyətlə pisləyir.

    Belə ki, Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov “Femida 007” qəzetində “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə iddia qaldırmışdı. Yasamal rayon Məhkəməsinin hakimi Xaqani Tağıyev baş redaktorun 1 il 6 ay müddətinə  islah işlərinə məhkum edilməsi və bu müddət ərzində onun gəlirinin 15 faizinin dövlət nəfinə tutulması barədə hökm çıxarıb.
RATİ  xatırladır ki, son bir ildə Azərbaycanda bir neçə jurnalist də yazdıqları məqalələrə görə şərti cəzalarla cəzalandırılıblar. Bütün bu hallar isə Azərbaycanda onsuz da durumu pis olan söz və mətbuat azadlığının vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır.
RATİ Azərbaycan hakimiyyətini Əyyub Kərimov barəsində çıxarılmış hökmü ləğv etməyə, peşə fəaliyyətlərinə görə jurnalistlərə qarşı yönəlmiş təqiblərinə son qoymağa, həbsdə olan bütün jurnalistləri azad etməyə və diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.  

Previous Post

ƏYYUB KƏRİMOVA 1 İL 6 AY İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Next Post

AZTV-YƏ BÜDCƏDƏN ƏLAVƏ VƏSAİT AYRILDIĞI BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.