VALİDEYNLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞƏ BİLMİRLƏR

Bakı İstintaq Təcridxanasında saxlanılan gənc bloqçular Adnan Hacızadə və Emin Millinin (Abdullayev) valideynləri görüş üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədova müraciət ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin anası Natella Abdullayeva məlumat veriblər.

N. Abdullayevanın bildirdiyinə görə, övladı ilə ancaq məhkəmə prosesi zamanı yaranan fasilələrdə görüşə bilir və bu səbəbdən də görüş üçün hakimə müraciət edilib.
H. Hacızadə isə RATİ-yə gənclərin saxlanıldığı təcridxanada valideynlərlə görüş üçün keçən həftə hakimə  müraciət ünvanlandığını bildirdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Previous Post

AZTV-YƏ BÜDCƏDƏN ƏLAVƏ VƏSAİT AYRILDIĞI BİLDİRİLİR

Next Post

YENİ TELEKANAL AÇILMASI NƏZƏRDƏ TUTULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.