EYNULLA FƏTULLAYEV İNGİLTƏRƏNİN VOKİNQ ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI SEÇİLİB

Dünən (24 iyun) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur. Emin Fətullayev onu da bildirib ki, Eynulla Fətullayev İngiltərənin Vokinq şəhərinin fəxri vətəndaşı seçilib. Vokinq şəhərinin meri Tina Liddinqtonun “Şamlar hələ yanır” kampaniyası çərçivəsində jurnalistə ünvanladığı açıqcada bildirilir: “ Əziz Eynulla! Ümidinizi itirməyin, mən sizin haqqınızda düşünürəm”
Emin Fətullayev onu da əlavə edib ki, son 15 gün ərzində Eynulla Hollandiya, Kanada, Böyük Britaniya, İsveç və digər ölkələrdən məktublar, açıqcalar alıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il, 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il, oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN MÜXBİRİ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.