JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Dünən (24 iyun) Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət  Dəstəyi  Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Vətəndaşların əmək hüquqlarının qorunmasına dəstək” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib.

Layihənin direktoru, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki,  layihənin əsas məqsədi vətəndaşların müəssisələrdə rastlaşdıqları əmək mübahisələrinin tipik səbəblərini araşdırmaq, problemlərin həllində onlara yardımçı olmaq və gələcəkdə bu kimi halların baş verməməsinə nail olmaqdan ibarətdir.
“JuHİ həyata keçirdiyi bu proqram ölkə vətəndaşlarına əmək hüquqlarının qorunması yollarını öyrənməyə kömək etməkdən, vətəndaşlara əmək hüquqları pozulan zaman üz tutmalı olduqları ünvanı göstərməkdən, əməyin qorunmasına cavabdeh olan dövlət qurumları (və digər orqanlar) ilə  əmək hüququ pozulan vətəndaşlar arasında canlı debatlar yaratmaqdan ibarətdir”.
Dəyirmi Masada Dövlət Əmək Müfəttişliyinin məsul əməkdaşı Tahir Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Azər Quliyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fəxrəddin Mehdiyev, Həmkarlar  ittifaqı qurucularından Akif Cabbarlı, həmçinin, əmək mübahisəsi ilə rastlaşmış vətəndaşlar, QHT və KİV təmsilçilərin iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. 
Previous Post

POLİS RATİ-DƏ KEÇİRİLƏN MƏTBUAT KONFRANSINA MÜDAXİLƏ ETMƏYƏ CƏHD EDİB

Next Post

EYNULLA FƏTULLAYEV İNGİLTƏRƏNİN VOKİNQ ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI SEÇİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.