EYNULLA FƏTULLAYEVİN AZAD OLUNACAĞINA ÜMİDİ QALMAYIB

          May ayının 24-də valideynləri 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  “Gündəlik Azərbaycan” və “Realnıy Azebaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər.

Bu haqda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verən jurnalistin atası Emin Fətullayev bildirib ki,  Fətullayevin səhhətindən və saxlanma şəraitindən heç bir narazılığı yoxdur.
 Qeyd edək ki, ötən həftə Bakıda səfərdə olan  AŞ PA-nın Monitorinq Komitəsinin  Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova cəzaçəkmə müəssisəsində Fətullayevlə görüşmüşdülər. Fətullayev Valideynləri ilə  bu görüş haqqında da  danışıb.
         “Bu görüşdən sonra Eynullanın  əfv olunacağına və azadlığa buraxılacağına ümidi yoxdur”, – deyə Emin  Fətullayev vurğulayıb.

Previous Post

BİR NEÇƏ JURNALİST MÜKAFATLANDIRILDI

Next Post

AQİL XƏLİLƏ CANGÜDƏN AYRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.