AQİL XƏLİLƏ CANGÜDƏN AYRILIB

      “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) təhlükəsizliyini təmin etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən  Çevik Polis Alayının iki əməkdaşı ayrılıb. Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Xəlilin özü bildirib.

         Xəlil onu da bildirib ki, həmin iki nəfər polis əməkdaşı gün ərzində hara getməsindən aslı olmayaraq onun yanında olurlar.
        Xatırladaq ki, Aqil Xəlil "Zeytun bağları" ərazisində ağacların kəsilməsi ilə bağlı reportaj hazırlayarkən 22 fevral 2008-ci il tarixində biri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmaqla iki nəfər tərəfindən döyülmüş, martın 13-də isə ürək nahiyəsindən bıçaqlanmışdı.

 

Previous Post

EYNULLA FƏTULLAYEVİN AZAD OLUNACAĞINA ÜMİDİ QALMAYIB

Next Post

ƏFV EDİLMİŞ JURNALİSTLƏR AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.