12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Realnıy Azərbaycan ” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev “Azad Söz İnqilabçı”ları (ASİ) klubunun təşkil etdiyi həftəliklərlə bağlı təklif verib.
Bu barədə RATİ-yə baş redaktorun atası Emin Fətullayev məlumat verib:
“Eynulla ilk olaraq həftəliklərin aylıqla əvəzlənməyini təklif edir. O, bu aylıqların həbsdəki və təzyiqə məruz qalmış jurnalistlərə həsr olunması deyil, dünyasını dəyişmiş jurnalistlər və fəaliyyətini dayandırmış KİV-lərlə bağlı keçirilməsini də təklif edir. Eynulla dedi ki, “Çeşmə”, “Millətin səsi”, “Monitor”, “Avropa”, “Realniy Azerbaydjan və “Gündəlik Azərbaycan” kimi qəzetlər, “Sara” və “ABA“ telekanalları ilə bağlı aylıq keçirmək olar”.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.