JURNALİSTLƏRƏ DEVİD PLAFFIN MƏRUZƏSİNDƏ İŞTİRAK ETMƏYƏ MƏHDUDİYYƏT QOYULDU

Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində hazırkı prezident Barak Obamanın seçki kompaniyasının rəhbəri olmuş Devid Plaff Azərbaycana qeyri-rəsmi səfəri çərçivəsində bu gün (9 fevral)  Qərb Universitetinin tələbələri üçün “Amerika seçkiləri haqqında – seçki kompaniyasının formalaşdırılması və idarə olunması” mövzusunda mühazirə oxuyub.

Tədbirdə iştirak etmək üçün jurnalistlər və KİV nümayəndələrinə 3-5 dəqiqəlik vaxt verilib. Lakin universitetin əməkdaşları və tələbələri KİV nümayəndələrinə öz vəzifələrini normal yerinə yetirməyə mane olaraq onları zaldan çıxartdılar. Onlar bu hərəkəti onunla izah etdilər ki, guya qonaq D.Plaff mühazirədə jurnalistlərin iştirakını  istəmir.
Previous Post

SƏDƏRƏKDƏ TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN ŞİKAYƏTİNƏ CAVAB VERİLMİR

Next Post

EYNULLA FƏTULLAYEV HƏMKARLARINA TƏKLİF VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.