Dünən (10 may) vəkili İsaxan Aşurov və atası Emin Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizi İnstitutuna (RATİ) Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə Eynulla Fətullayevin vəziyyəti yaxşıdır, saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Jurnalistin atası onu da bildirib ki, Avropa məhkəməsi Azərbaycan hökumətinin onlara ünvanlandığı cavab məktubunu vəkil İ.Aşurova göndərib. Hazırda vəkil İ.Aşurov və Eynulla Fətullayev Avropa məhkəməsinə cavab məktubu hazırlayırlar.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.