RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (23 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun və birliyin əməkdaşı Rəsul Cəfərovun Bakı Dövlət Universitetinə (BDU) qarşı qaldırdıqları iddiaya əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfi R.Cəfərov, cavabdeh qismində isə BDU-nin nümayəndəsi Tofiq Sadıqov iştirak edirdilər.
    R. Cəfərovun apellyasiya komissiyası üzvlərinin və şikayət ərizəsi ilə Apellyasiya Komissiyasına müraciət etmiş digər şəxslərin məhkəmədə iştirak etməsi ilə bağlı vəsatəti hakim tərəfindən qismən təmin edildi. Belə ki, hakim növbəti proses zamanı yalnız komissiya üzvləri Məhəmməd İmanlı və Elşən Nəsirov ifadə vermələri üçün məhkəməyə çağırılmaları haqqında qərara gəldi.
    R. Cəfərov çıxışı zamanı bildirdi ki, imtahan  və apellyasiya şikayəti zamanı bir sıra qanunsuzluqlara yol verilib: “İmtahan zamanı kodlaşdırmanın aparılmaması və  apellyasiya şikayətimizə əsasən araşdırma aparılarkən öz iradlarımızı qeyd etməyə imkan verilməməsi imatahanın şəffaf keçirilməsini şübhə altına alır”.
    BDU-nun nümayəndəsi Tofiq Sadıqov isə R. Cəfərovun qeyd etdiklərinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi.
    Hakim növbəti məhkəmə prosesini 6 oktyabr 14:30-a təyin etdi.
Xatırladaq ki, E.Hüseynov və R.Cəfərov 08 iyul  2009-cu ildə hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil almaq üçün BDU-da keçirilən daxili test imtahanında iştirak etmiş və həm test, həm də iyulun 10-da keçirilən Apellyasiya Komissiyasının iclası zamanı üzləşdikləri qanunsuzluqlarla əlaqədar birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

Previous Post

EYNULLA FƏTULLAYEV FRANSA PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB

Next Post

QƏNİMƏT ZAHİDƏ ŞƏR ATAN QADIN HƏBS OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.