İTV İLƏ BAĞLI İDDİA İCRAATA GÖTÜRÜLDÜ

fevral 3rd, 2009
Bu gün (03 fevral) 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə "Azərbaycan-film Kinostudiyası və Professional Kinorejissorlar” Gildiyasının İctimai Televiziya və Radio yayımları Şirkətinə (İTV)  qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi. İclasda iddiaçı tərəfi vəkil Əkbər Bağırov, cavabdeh tərəfi isə vəkil Cavid Alıyev təmsil edirdi.

 ”2007-ci ilin dekabr ayında müqavilə bağlamaq üçün "Azərbaycan-film Kinostudiyası və Professional Kinorejissorlar” Gildiyasına müraciət etdik. Gildiyadan isə bizə bildirdilər ki, İTV yarandığı gündən onlara olan borclarını ödəyəcəyimiz təqdirdə bizimlə müqavilə bağlanacaqlar”, – deyə qeyd edən cavabdeh tərəfin vəkili C.Alıyev onu da bildirdi ki, "Azərbaycan-film Kinostudiyası və Professional Kinorejissorlar” Gildiyasının İctimai Televiziya və Radio yayımları Şirkətinə qarşı qaldırdığı borclarını ödəməsi ilə bağlı iddia əsassızdır və bu iddia rədd edilməlidir. Habelə o, da Gildiyaya qarşı müqavilənin bağlanılmasından imtina edilməsinin qanunsuz hesab edilməsi tələbi ilə İTV-nin  qaldırdığı iddianı məhkəməyə təqdim etdi.
 
     İddiaçı tərəfi vəkil Əkbər Bağırov isə çıxışında bildirdi ki, müqavilə iki tərəfin razılığına əsasən bağlanılmalıdır: “Biz tərəf olaraq İTV ilə müqavilə bağlamağı arzulayırıq. Amma indiyə qədər olan borclar da ödənilməlidir”.
 
     Hakim Tahirə Əsədova isə qarşılıqlı iddiaları icraata götürdü və məhkəmə prosesini  fevralın 18-i saat 15:30-a təyin etdi.