VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Dünən (20 yanvar) həbsdə olan jurnalist "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin valideynləri onunla görüşüblər.

Bu haqda RATİ-yə məlumat verən jurnaslitin atası Emin Fətullayev bildirib ki, "oğlumun vəziyyəti çox yaxşıdır. O, saxlandığı şəraitdən və ona qarşı olan münasibətdən çox razıdır. Mən isə bu görüşə şərait yaratdığı üçün 1 saylı Bayıl təcridxanasının rəisi Misir Əliyevə öz təşəkkürümü bildirirəm."
Xatırladaq ki, yanvar ayının 18-də baş redaktor ailəsinin və vəkillərinin uzun sürən tələblərindən sonra Milli Təhlükəsilik Nazirliyinin istintaq təcridxanasından 1 saylı Bayıl istintaq təcridxanasına köçürülmüşdür.

Previous Post

VÜSAL HƏSƏNOVDAN ŞİKAYƏT VERİLİB

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.