HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (15 iyun) İşgəncələr Əleyhinə Azərbaycan  Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudov 12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E.Behbudovun özü məlumat verib.

“İyunun 11-də Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində baş verən kütləvi iğtişaşla bağlı E.Fətullayevlə görüşdüm. Jurnalist məlum hadisə ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən dindirildiyini və insidentlə heç bir əlaqəsinin olmadığını bildirdi” – deyən E.Behbudov baş redaktorun qiyama cəhddə iştiraka təhrik edildiyini, lakin  E.Fətullayevin bundan qəti surətdə imtina etdiyini də vurğulayıb.
Qeyd edək ki, iyunun 11-də 12 saylı cəzaçəkmə müəssisəndə yeməyin keyfiyyətsizliyi və məhbuslarla davranışa etiraz edən bir qrup məhbus həbsxana rəhbərliyinə qarşı qiyama cəhd göstərmişdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il, oktyabrın 30-da əvvəlki həbsin müddəti də daxil olmaqla ümumilikdə, 8 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

QHT HAQQINDA QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR MÖVCUD TƏŞKİLATLARA DA TƏSİR GÖSTƏRƏCƏK

Next Post

MTRŞ ANS ÇM RADİOSUNA ŞİFAHİ XƏBƏRDARLIQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.