MTRŞ ANS ÇM RADİOSUNA ŞİFAHİ XƏBƏRDARLIQ EDİB

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi ANS ÇM radiostansiyasına şifahi xəbərdarlıq edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov verib.

“ANS ÇM radiostansiyasının “Gənc klub” verilişininin bir neçə buraxılışında milli-mənəvi dəyərləri pozan mövzular müzakirə olunub. Xüsusən də 1 iyun iyun 2009-cu il tarixdə Tural adlı aparıcı erotik və pornoqrafik filmlər barədə söhbətlər apardığına görə ANS ÇM-ə xəbərdarlıq olunub“ – deyən T.Məmmədov vurğuladı ki, hazırda faktların dəqiqləşdirilməsi prosesi gedir. Faktlar tam dəqiqləşəndən sonra isə bu məsələ MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
ANS ÇM radiosunun baş redaktoru Aytən Zeynalova məsələ ilə əlaqədar RATİ-yə bildirib ki, radio MTRŞ-nin qərarlarına hörmətlə yanaşır və bir daha belə halların olmamasına çalışacaqlar. 
Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

AZƏR ƏHMƏDOVUN İDDİASI ÜZRƏ KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.