ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Bu gün (4 may) Emin Fətullayev oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Emin Fətullayevin sözlərinə görə, baş redaktorun vəziyyəti yaxşıdır, saxlanma şəraitindən heç bir şikayəti yoxdur. “Beynəlxalq Amnistiya” (“Amnesty İnternational”) təşkilat tərəfindən təşkil olunan kampaniya çərçivəsində E.Fətullayevə dəstək məktubları gəldiyini deyən atası bildirdi ki, baş redaktorun ünvanına Böyük Britaniya, İsveç, Niderland və Yaponiyadan yenə də 30-a yaxın məktub daxil olub. Görüş zamanı baş redaktor Azərbaycan hökumətinin  Avropa məhkəməsinə təqdim etdiyi cavaba da münasibət bildirib. Belə ki, Azərbaycan hökuməti yanvar ayının 30-na kimi cavab verməli olduğu halda, martın 26–da cavab verib. Baş redaktorun vəkili İsaxan Aşurov isə cavabları may ayının 1-də alıb. Emin Fətullayev onu da əlavə etdi ki, baş redaktor Azərbaycan hökumətinin cavablarından razı deyil.    
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

DAXİLİ QOŞUNLARIN KOMANDANI “NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNU MƏHKƏMƏYƏ VERİB

Next Post

MÜŞFİQ HÜSEYNOV 3 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.