MÜŞFİQ HÜSEYNOV 3 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynov 2 saylı cəzaçəkmə müəssisəsindən 3 saylı müalicə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) M. Hüseynovun yaxın qohumu Cavidan Hüseynov verib. “M.Hüseynovun 3 saylı –cəzaçəkmə müəssisəsinə köçürülməsinə səbəb onun sağlamlığında müəyyən problemlərin olmasıdır” – deyən C.Hüseynov əlavə etdi ki, M.Hüseynov  2 ay müddətində sözügedən müəssisədə müalicə olunmalıdır.
Xatırladaq ki, Müşfiq Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında  o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

RATI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.