PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (10 iyun) Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi baş tutmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Xalid Ağaliyev məlumat verib. X.Ağaliyev bildirdi ki,  hakim Azər Səmədovun yaxın qohumunun vəfat etməsi səbəbi ilə məhkəmə  prosesi 11 iyun, saat 14:30-a təyin olunub.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir.P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.