Facebook fəalı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

abdul

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə  məhkəmə prosesində hökm oxunub.

Məhkəmə Əbdül Əbilovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Dövlət ittihamçısı facebook fəalı Əbdül Əbilovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də CM-nin  234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Previous Post

Bəşir Süleymanlı və Anar Məmmədli azadlıqdan məhrum edilib

Next Post

Azərbaycanda daha bir insan hüquqları bloggeri həbs olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.