MƏHBUS JURNALİST EYNULLA FƏTULLAYEVİN AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİB

“Gündəlik Azərbaycan” və Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətulleyevin ailəsinə ölüm  xəbəri və hədəsi ilə zəngi edilib. Bu barədə bu gün (11 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin atası Emin Fətullayev məlumat verib.

 Onun sözlərinə görə, dünən  səhər saat 06.40 radələrində ev telefonuna bir qadın zəng edərək, özünü ədliyyə nazirliyinin əməkdaşı kimi təqdim edib və bildirib ki,   oğlu Eynulla Fətullayevi öldürüblər.

“Zəng edən şəxs bildirdi ki, bu gün və ya sabah  məni və Eynullanın anasını  da öldürəcəklər. Bunu deyəndən sonra dəstəyi asdı. Mən zəngdən 10 dəqiqə sonra özümə gələrək 102 xidmətinə zəng edib, bu olay barədə məlumat verdim və işin araşdırılmasını tələb etdim”, – deyə qeyd edən Emin Fətullayev bütün bu olanlarla əlaqədar Daxili İşlər Naziri Ramil Üsubovla görüşmək istədiyini də qeyd etdi.

 

Onu da  qeyd edək ki, Eynulla Fətullayevin vəkili Anar Qasımov bu gün  məhbus jurnalistlə görüşüb. Vəkil RATİ-yə bildirdi ki, naməlum şəxsin onun ailəsinə zəng edərək hədələməsi barədə ona məlumat verib. A. Qasımov məhbus jurnalistin məsələ ilə əlaqədar  daxili işlər naziri Ramil Usubova müraciət ünvanladığını və bu məsələnin ətraflı araşdırılmasını istədiyini bildirdi.

Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Previous Post

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.