HƏYAT YOLDAŞI MİRZƏ SAKİTLƏ GÖRÜŞÜB

Bu gün (26 mart) Rəna Zahidova 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. Zahidovanın özü verib. Onun sözlərinə görə, satirikin səhhəti və saxlanma şəraiti normaldır və 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə də heç bir problemi yoxdur.
R. Zahidovanın bildirdiyinə görə M. Sakitin amnistiyadan imtina etməsinin iki səbəbi olub: siyasi məhbuslardan heç kimin bu amnistiyaya düşməməsi və amnistiyaya düşən və onunla bir cəzaçəkmə müəssisəsində saxlanılan digər məhkumların M. Sakitə görə azadlığa buraxılmalarının yubadılmasıdır. M. Sakit Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunmasına da öz fikrini bildirib: “Mən bunu Azərbaycan müxalifətinin, azad və demokratik fikirli insanların Əliyevlər üzərində qələbəsi kimi qiymətləndirirəm. Bütün müxalif qüvvələrin bir araya gəlib yumruq kimi birləşməsi mənim yeganə arzumdur. Hiss edirəm ki, artıq bu arzum reallaşmaqdadır.” Bu sözləri M. Sakit həyat yoldaşı ilə görüşündə deyib.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda onun həbs müddətinin başa çatmasına 3 ay vaxt qalmışdır.
Previous Post

AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

AİLƏSİ “TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNA BAŞ ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.