FANAT.AZ SAYTININ LAYİHƏ RƏHBƏRİNƏ VƏ KÖŞƏ YAZARINA HÖKM OXUNDU

Bu gün (07 oktyabr) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “ FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə qaldırdığı iddia ərizəsi üzrə jurnalistlər barəsində hökm oxunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Zahir Əzəmət məlumat verib.
Hakim Natiq Muxtarlının məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə  tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin  20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılması barədə hökm oxuyub. Zahir Əzəmət RATİ-yə onu da bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, “Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Natiq Muxtarlının FANAT.AZ idman saytında  yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı.

Previous Post

GƏNC BLOQÇULARIN CİNAYƏT İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSiZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.