YAXINLARI FƏRƏMƏZ NOVRUZOĞLU VƏ SƏRDAR ƏLİBƏYLİ İLƏ GÖRÜŞÜBLƏR

Bazar günü (25 oktyabr ) yaxınları 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoglu ilə (Allahverdiyev) görüşüblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin oğlu Elçibəy Allahverdiyev məlumat verib. Onun sözlərinə görə F.Novruzoglu saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib. Jurnalist bildirib ki, həbsxanada mütaliə ilə məşğul olur və həbsdən çıxdıqdan sonra yazılarına davam edəcək.

25 oktyabrda qohumları 14 saylı cəzaçəkmə müəssisəsində  “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli ilə  görüşüblər. Qardaşı Etibar Əliyevin RATİ-yə bildirdiyinə  görə, baş redaktor saxlanma şəraitindən narazılıq etməyib və səhhəti qaydasındadır.

Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.

Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALINA QARŞI İDDİA QALDIRILIB

Next Post

QƏNİMƏT ZAHİD REVMATİZMDƏN ƏZİYYƏT ÇƏKİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.