QƏNİMƏT ZAHİD REVMATİZMDƏN ƏZİYYƏT ÇƏKİR

Dünən (26 oktyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu bildirsə də, səhhətindən problemlər yarandığını bildirdi. “Havaların dəyişməsi ilə əlaqədar olaraq, Qənimət Zahidin revmatizm ağrılarının güclənib” – deyə A.Mürsəliyeva qeyd edib.

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

YAXINLARI FƏRƏMƏZ NOVRUZOĞLU VƏ SƏRDAR ƏLİBƏYLİ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.