FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI

Bu gün (8 yanvar) “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Cəzaçəkmə müəssisəsinin qarşısında onu “Millətim” qəzetinin əməkdaşları və dostları qarşılayıb.

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müsahibə verən F.Novruzoğlu günahsız həbs edildiyini və ümumiyyətlə Azərbaycanda jurnalistlərin yazıya görə həbs olunmasına təəssüfləndiyini bildirib. O həmçinin qeyd edib ki, öz mövqeyindən geri çəkilməyəcək və tənqidi yazılarını davam etdirəcək.

Xatırladaq ki, “Azadlıq Hərəkatçıları Birliyi”nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 22 iyul 2009-cu ildə Nizami rayon məhkəməsi “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu (Allahverdiyev) üç ay müddətinə azadlıqdan məhrum edilmişdi. Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyevə isə 6 ay islah işləri cəzası verilmişdir. Bakı Apellyasiya məhkəməsi 8 oktyabr 2009-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxardıqdan sonra hökm icra olunmuşdu.

 
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apellyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.
Previous Post

JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.