REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikası Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində vergi yoxlamalarına başlanılmasını pisləyir və bu yoxlamanı Muxtar Respublika rəhbərliyinin təşkilata təzyiqi kimi dəyərləndirir.

Belə  ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yanvarın 5-dən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində səyyar yoxlamalara başlayıb. Bu yoxlamanın gedişində Vergilər Nazirliyinin əməkdaşları həmçinin Resurs  Mərkəzinin hansı layihələrinə Naxçıvanda kimlərin cəlb olunmasını da araşdırır. Bundan əlavə, bu yoxlamaların hansı səbəbdən aparılması və nə vaxta qədər davam edəcəyi barədə QHT rəhbərliyinə məlumat verilmir.

RATİ  hesab edir ki, jurnalistlər – Məlahət Nəsibova və  İlqar Nəsibov tərəfindən təsis edilmiş Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində öz prinsipial vətəndaş mövqeyinə görə Naxçıvan MR rəhbərliyin qəzəbinə tuş gəlib və bu yoxlama ilə QHT-nin fəaliyyətini iflic vəziyyətə salmaq istəyirlər.

RATİ  xatırladır ki, adıçəkilən jurnalistlər dəfələrlə peşə fəaliyyətinə görə zorakılıq, təhqir və hədələrlə üzləşiblər.

RATİ  vurğulayır ki, Naxçıvanda vətəndaş cəmiyyətinin və  kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı dəfələrlə istər fiziki, istərsə mənəvi təzyiqlər  törədənlər bütün hallarda cəzasız qalmışlar.

RATİ  Naxçıvan MR rəhbərliyini Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində başlanan qərəzli yoxlamaları dayandırmağa, insan haqlarına və söz azadlığına hörmətlə yanaşmağa, vətəndaş cəmiyyətinin təşkilatlarına və nümayəndələrinə, həmçinin jurnalistlərə qarşı təzyiqlərə son qoymağa çağırır.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI

Next Post

EYNULLA FƏTULLAYEVİN MƏSƏLƏSİ ZAKİR QARALOV VƏ RAMİL USUBOVUN QARŞISINDA QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.