AİLƏ ÜZVLƏRİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Ötən həftə ailə üzvləri 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu ilə görüşüblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev məlumat verib. O bildirib ki, Fərəməz Novruzoğlu noyabrın 18-də ad gününü həbsxanada qeyd edib.

      “Fərəməz saxlanma şəraitindən və səhhətindən heç bir narazılıq etməyib. O, azadlığa çıxdıqdan sonra daha ciddi faktları açıqlayacağını bildirib” – deyən R.Tağıyev onu da qeyd etdi ki, F. Novruzoğlu Penitensiar Xidmət üzrə keçirilən bilik yarışında birinci yeri tutub.

      Xatırladaq ki, “Azadlıq Hərəkatçıları Birliyinin” sədri T.Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 8 oktyabr 2009-cu il tarixdə Fərəməz Novruzoğlu üç ay müddətinə  azadlıqdan məhrum edilib.
 

Previous Post

“LENT.AZ” HAKER HÜCUMUNA MƏRUZ QALIB

Next Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİ QƏZETİN ƏMƏKDAŞININ HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.