“MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİ QƏZETİN ƏMƏKDAŞININ HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİL

noyabr 23rd, 2009
Bu gün (23 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev bacısı oğlu, həmçinin qəzetin idman müxbiri olan Akif  Səfərovun həbsi, həmçinin özünə və yaxınlarına olan təzyiqlə bağlı mətbuat konfransı keçirib.

O bildirdi ki, Akif Səfərovu Ziya Məmmədovun ofisinin dinlənilməsi ilə əlaqədar müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi “Aqroyol” Səhmdar Cəmiyyətinin sədri Eldar Əliyevin işi ilə əlaqələndirmək istəyiblər. “Ancaq həmin dövrdə Akif Səfərovun Türkiyədə olduğunu nəzərə alıb ittihamı dəyişdiriblər. Halbuki o işlə Akifin heç bir əlaqəsi yoxdur. Eldar Əliyevlə Akif Səfərov arasında torpaq alqı-satqısı ilə bağlı müqavilə olub. MTN-in təcridxanasında Eldar Əliyev Akif Səfərovun ucuz qiymətə olan torpağı ona baha satması ilə bağlı ərizə yazıb. Buna əsasən Akif Səfərov noyabrın 18 də saxlanılaraq MTN-ə aparılıb, noyabrın 21-də isə onun barəsində Nəsimi rayon məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilib”.

      Baş  vermiş hadisənin peşə fəaliyyəti ilə bağlı təzyiq olduğunu deyən R.Tağıyev “Millətim” qəzetinə qarşı təzyiqlərin bununla məhdudlaşmadığını bildirdi. O qeyd etdi ki, 3 ay müddətinə azadlıqdan məhrum edilmiş “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu 2 aydır ki, həbsdədir. “Həmçinin eyni hökmlə mənim özümə də 6 ay azadlıqdan 6 ay icbari iş verilib. Bu günlərdə isə “Millətim” qəzetinin təsisçisi olan kürəkənim İlkin Ağalını naməlum şəxslər silahla hədələyib, qəzeti kürdlərlə və müxtəlif məmurlarla işbirliyində günahlandırıblar.

      R. Tağıyev özünün və qəzet əməkdaşlarının hər gün izlənildiyini, bununla bağlı artıq Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edildiyini bildirib.