“KƏPƏZ” TELEVİZİYASININ SABİQ SAHİBİNİN ATASI: “ŞİRKƏTİ HEÇ BİR TƏZYİQ OLMADAN KÖNÜLLÜ ŞƏKİLDƏ ÖZÜM ŞƏXSƏN SATMIŞAM”

Gəncədə yayımlanan “Kəpəz” televiziya kanalının təsisçisi Rüfət Əsgərovun atası Razim İsmail oğlu Əsgərov  bu gün (11 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna zəng vuraraq RATİ-nin “Kəpəz” TV ilə bağlı dünən yaymış məlumatına öz münasibətini bildirdi. 

. Razim Əsgərov  “Kəpəz” TV-nin hökumət nümayəndələrinin təzyiqi ilə onun oğlu  Rüfət Əsgərovdan alınması barədə yayılan xəbəri  təkzib etdi. O, bildirdi ki, şirkəti şəxsən özü  oğlu Rüfət  tərəfindən ona verilən baş (müddətsiz) etibarnamə əsasında satıb. Razim Əsgərov qeyd etdi ki,  alğı-satqı əməliyyatı iyunun 4-də baş verib və o  notarius tərəfindən qeydə alınıb. “Kəpəz” TV-nin  hansı məbləğə  və  kimə satdığını açıqlamayan Razim Əsgərov pulu öz bank hesabına köçürülmə yolu  ilə aldığını bildirdi.
Oğlunun xaricdən kiməsə zəng etdiyini və televiziya şirkətinin əlindən alındığı barədə söylənənlərə gəldikdə isə Razim Əsgərov aşağıdakıları bildirdi: “Mənim oğlum xaricə gedəndən sonra 4  nəfər ailə üzvümüzdən başqa heç kəs ilə əlaqə saxlamır. O, hər gün bir  neçə dəfə mənimlə telefon əlaqəsi saxlayır. Dünən və bu gün də əlaqə saxlayıb. Mən onun kiməsə zəng edib şikayətlənməsindən maraqlandım. Oğlum Rüfət  mənə dedi ki, ailə  üzvlərindən başqa heç kəsə zəng  vurmayıb və şirkətin əlindən alınmasını deməyib. Oğlum onun adından yayılan məlumatları yalan adlandırdı”.
Oğlunun nə vaxt və  nəyə görə xaricə getdiyini alğı-satqı zamanı Bakıda olub olmadığını və  hal-hazırda  oğlu ilə necə əlaqə yaratmağın mümkünlüyünü açıqlamayan  Razim Əsgərov sonda qətiyyətlə bildirdi ki,  nə onun oğluna nə də onların ailəsinə heç kəs heç bir zaman təzyiq göstərməyib və göstərə də bilməz.
      Qeyd edək  məsələ ilə bağlı  “Kəpəz” TV-nin yeni rəhbəri Fuad Cabbarov “Kəpəz” TV-nin təzyiq nəticəsində alınmasını cəfəngiyat adlandırmışdı. O  telekanalı  könüllü alğı-satqı müqaviləsi əsasında R. Əsgərovdan aldıqlarını vurğulayaraq RATİ-nin əməkdaşına “Siz bu məsələni qabartmayın, çünki bu məsələni qabardanlar sonradan peşman olacaqlar” məsləhətini də vermişdi.

Previous Post

PENİTENSİAR XİDMƏT QƏNİMƏT ZAHİDİN HƏBSDƏ YAZDIĞI KİTABIN ƏLYAZMASI GERİ QAYTARMAQ FİKRİNDƏ DEYİL

Next Post

ƏLİ İNSANOVUN MÜƏLLİFİ OLDUĞU “VƏRƏM” DƏRSLİYİ AZƏRBAYCANA BURAXILMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.