GƏNCƏYƏ SƏFƏR EDƏN JURNALİSTLƏR POLİSƏ DƏVƏT EDİLİB

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsinə baş çəkməyə gedən jurnalistləri   Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları polisə dəvət ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” İnformasiya Agentliyi və RATİ əməkdaşı Ədalət Əhmədov məlumat verib.

“Biz Bəxtiyar Hacıyevin ailəsi ilə görüşdük. Sonra onunla da görüşmək istədik. Amma bir qrup mülki və rəsmi geyimli polis bizi  polis şöbəsinə dəvət etdi.  Bizə dedilər ki, sadəcə nabələd adamlar olduğunuz üçün Gəncəyə gəlişinizi aydınlaşdırmaq istədik”, – deyə Ə.Əhmədov qeyd etdi.

Belə ki, polisə aparılanlar “Azadlıq” qəzetinin müxbiri Ramin Deko, “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Ə.Əhmədov və digər şəxslər olub.  Təxminən 10-15 dəqiqəlik söhbətdən sonra jurnalistlər sərbəst buraxılıb.

Previous Post

EYNULLA FƏTULLAYEVDƏ “KARSER”DƏ BİR NEÇƏ XƏSTƏLİYƏ YOLUXUB

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR FƏTULLAYEVİN AZAD OLUNMASI ÜÇÜN ÇAĞIRIŞ EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.