JURNALİSTLƏRƏ NÖVBƏTİ YARDIM AYRILIB

Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondundan RATİ-yə daxil olan press – relizdə bildirilir ki, bu gün Fondun İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda fonda daxil olan beş müraciətə baxılıb. Daxil olan müraciətlərə bütövlükdə 1900 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub.Fondun əsasnaməsinə görə, jurnalistin məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə “Azadlıq” qəzetinin satirik jurnalisti Mirzə Sakitə 400 ABŞ dolları, həmin qəzetin əməkdaşı Aqil Xəlilə 400 ABŞ dolları, peşə fəaliyyətini yerinə yetirərkən xəsarət alan ”Yeni Müsavat” qəzetinin əməkdaşı Şahvələd Çobanoğluna 200 ABŞ dolları, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə 500 ABŞ dolları həcmində yardım ayrılmışdır. Fonda daxil olan müraciətlər arasında “Reytinq” qəzetinin əməkdaşı Elşad Məmmədovun müraciət sənədləri qaydasında olmadığı üçün növbəti iclasda bu məsələyə baxılacağı qərara alınıb.
Previous Post

İQTİSADÇI BLOQGERLƏR BİRLİYİ GÖRDÜKLƏRİ İŞLƏ BAĞLI MƏLUMAT VERİB

Next Post

XARİCDƏ YAŞAYAN TƏLƏBƏLƏR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNƏ ETİRAZ EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.