ACLIQ AKSİYASINA DAHA BEŞ NƏFƏR QOŞULUB

Bu gündən aclıq aksiyasına ”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin əməkdaşları Çingiz Sultansoy və Üzeyir Cəfərov və Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Nemət Əliyev qoşulub.

*”Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov məhkəmədə bu gündən aclığa başladığını elan edib. 
  Qeyd edək ki, bu gün Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yunanıstan səfirliklərinin nümayəndələri aclıq edən jurnalistlərə baş çəkiblər. Səfirlik nümayəndələri jurnalistlərin vəziyyəti ilə maraqlanıblar.



Previous Post

MÜŞFİQ HÜSEYNOVUN HƏBSİ BİR İL MÜDDƏTİNƏ AZALDILDI

Next Post

AQİL XƏLİLİ DÖYƏN ŞƏXS ÜÇ İL ƏVVƏL PREZİDENT TƏRƏFİNDƏN TƏLTİF OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.