“Azadlıq” qəzetinin bu günkü sayında məlumat verilib ki, qəzetin əməkdaşı Aqil Xəlili döyən şəxslərdən biri Akif Çovdarov 2005-ci ildə keçirilən “Qara kəmər” əməliyyatına görə prezident tərəfindən “igidliyə görə” ordeninə layiq görülüb.
MTN əməkdaşı olan Çovdarov da daxil olmaqla təltif olunan digər şəxslərlə prezidentin bir yerdə olan şəkli də qəzetdə verilib. Qəzet hesab edir ki, məhz bu amil jurnalistə qarşı bu cür hərəkət edən şəxsin cəzalandırılmamasının əsas səbəbidir.