MÜŞFİQ HÜSEYNOVUN HƏBSİ BİR İL MÜDDƏTİNƏ AZALDILDI

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsindən verilən şikayət üzrə proses keçirilib.

Dövlət ittihamçısı hakimə müraciət edərək bildirdi ki, qərarın qüvvədə saxlanılmasını istəyirik. Hüseynovun vəkilləri isə qərarın ləğv edilərək təqsirləndirilən şəxsin azadlığa buraxılmasını hakimdən xahiş etdilər. Hakim müşavirəyə gedib, qayıtdıqdan sonra hökmü oxudu. Hökmə əsasən, 6 illik həbs cəzası 1 il azaldılaraq, 5 il müddətinə endirildi. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı qərarın digər müddəaları qüvvədə saxlanıldı.

Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi.

Previous Post

İKİ QƏZET MALİYYƏ ÇƏTİNLİYİ İLƏ ÜZLƏŞİB

Next Post

ACLIQ AKSİYASINA DAHA BEŞ NƏFƏR QOŞULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.